
İsmayıllıda daha bir idman tədbiri keçirilib
- 14 İyl 2025 10:30
- 47
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılğı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyi münasibətilə üzgüçülük idman növü üzrə yeniyetmələr arasında İsmayıllı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi gənc nəslin sağlam həyat tərzinə cəlb olunması, üzgüçülük idman növünün yeniyetmələr arasında təbliği, eləcə də fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər gənclərin formalaşdırılmasına töhfə verməkdən ibarət idi.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə qaliblər hakimlər heyətinin qərarı ilə müəyyənləşdirildi və fərqlənən iştirakçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular.