İslamiada: İdmançılarımız bu gün iki növdə mübarizə apacaqlar
- 16 Noy 2025 11:00
- 246
Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün iki növdə mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə çıxacaq.
Taekvondoçulardan isə Qaşım Maqomedov (60 kq), Taleh Süleymanov (82 kq), Səmərrux Osmanova (51 kq) medal qazanmağa çalışacaqlar.
İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.