İslamiada: İdmançılarımız bu gün 3 növdə çıxış edəcəklər
- 10:40
- 30
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunları davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 3 növdə çıxış edəcəklər.
Ölkə təmsilçiləri stolüstü tennis, voleybol və muaytayda mübarizə aparacaqlar.
İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.