Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.


Rekord.az xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistana 38:39 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib.


İslamiada sabah başa çatacaq.