Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib.


Rekord.az xəbər verir ki, A qrupunun son turunda OKMK (Özbəkistan) və "Kür" (Azərbaycan) komandaları qarşılaşıblar.


Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi 31:25 hesabı ilə qələbə qazanıb.


Bu nəticəyə əsasən OKMK qrup lideri, "Kür" isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.