
Hücumçumuz Yunanıstan klubunda
- 07 May 2025 17:05
- 114
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz karyerasını yenidən Avropada davam etdirəcək.
P.Rəhimova yeni mövsümdə Yunanıstanın "Panionis" klubunun şərəfini qoruyacaq. Voleybolçumuz ən az bir il bu komandanın heyətində meydana çıxacaq.
Qeyd edək ki, Rəhimova son mövsümdə Braziliyada çıxış edib. O, formasını geyindiyi "Osasco" klubu ilə Braziliya çempionu, kubokun və "Paulista" çempionatının qalibi olub.