Voleybolçumuz Polina Rəhimova milli karyerasını başa vurub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz yığmamızdakı son oyununu bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.

Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Rəhimovaya uzun illər ərzində millimizə, ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gül təqdim olunub.