
Gümüş Avropa Liqasında çıxış edən yığmamız hazırlıqlar başladı
- 07 May 2025 15:04
- 52
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara start verib. "Rekord.az" xəbər verir ki, komandamız baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə məşqlərini GİN-in Voleybol Mərkəzində keçir.
Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar.
Qeyd edək ki, millimiz Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblərimiz meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur 13-15 iyun tarixlərində Bakıda təşkil olunacaq. Komandamız doğma meydanda Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq son turda isə millimiz ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.