
Gəncədə üzgüçülük üzrə beynəlxalq turnir təşkil olunacaq
- 18:40
- 35
Azərbaycan Gənclər və İdman Nazirliyi (ARGİN) ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.
Rekord.az bu barədə ASF-nin mətbuat xidmətinə istinadən bildirir.
Yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.
Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq.
Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.
“ASF Ganja Cup 2025” sentyabrın 13-ü və 14-də təşkil olunacaq.