Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.


Rekord.az xəbər verir ki, qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.


Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.


Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.