Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. "Rekord.az" xəbər verir ki, komanda azərbaycanlı voleybolçu Leyla Parşkovanı yenidən sıralarına qatıb.
2023/2024-cü illər mövsümündə Gəncə təmsilçisinin şərəfini qorumuş L.Parşkova qarşıdakı mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.
Son mövsümü UNEC klubunun heyətində keçirən 27 yaşlı təcrübəli voleybolçu hazırda libero mövqeyində çıxış edir. Əvvəlki illərdə o, dördüncü zona hücumçusu kimi də meydana çıxıb.