Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, "SportAccord" təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.


Bu barədə Rekord.az-a Gənclər və idman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Görüş zamanı qurumun keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.


Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.