XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda (EYOF) iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyəti Şimali Makedoniyaya yola düşüb.


Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.


Azərbaycan festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.


Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək. Yarış iyulun 20-dən 26-dək iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.