
EYOF-da Azərbaycanı təmsil edəcək daha bir idmançı bəlli oldu
- 14 İyl 2025 19:15
- 43
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək daha bir idmançının adına aydınlıq gəlib.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Festivalda üzgüçülük idman növü üzrə Vlastilina Xasyanova da iştirak edəcək.
Yarış iyulun 22–26-sı aralığında keçiriləcək.