Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, uşu-sandada Elçin Eminov bürünc mükafata sahib çıxıb.


O, 60 kq çəki dərəcəsində fərqlənib.


İslamiada noyabrın 21-də başa çatacaq.