Bu gün AFFA İcraiyyyə Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, konfransda AFFA-nın yeni icraçı-vitse prezidenti də məlum olub. Bu, Elxan Məmmədovdur. Bu barədə Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib.

Rauf Əliyevlə Elşad Nəsirov isə vitse-prezident postlarında qalıb. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə yeni vitse-prezident olub.

Elxan Məmmədov bundan əvvəl AFFA-da baş katib postunu tuturdu.