"DH Volley"in üzvü: "Finala layiq maraqlı və gərgin oyun oldu"
- 20:49
- 39
Qadın voleybolçular arasında ölkə birinciliyi başa çatıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın finalında "Turan" və "DH Volley" klubları üz-üzə gəliblər.
Bu qarşılaşmada "Turan" 3:1 hesab ilə qalib gələrək Azərbaycan çempionu olub. "DH Volley" isə çempionatda gümüş medal qazanıb. "DH Volley"in və millimizin üzvü, VI İslam Oyunlarında Azərbaycan komandasının bayraqdarı olan Nilufər Ağazadə fikirlərini bizimlə bölüşüb:
"Finalın gərgin keçəcəyini əvvəlcədən bilirdik. Rəqibimiz kifayət qədər yaxşı komandadır. Mövsüm ərzində iki dəfə qarşılaşmışıq. Bir dəfə biz, bir dəfə onlar qalib gəlib. Həlledici oyun da gözlədiyimiz kimi gərgin oldu. Biz finala yaxşı hazırlaşmışdıq, oyunda da əlimizdən gələni etdik. Lakin qələbə üçün nəsə çatmadı və yarışı gümüş medalla başa vurduq. Fikrimcə, finala layiq maraqlı və gərgin oyun oldu. Bu gözəl oyuna görə komandama təşəkkürümü bildirirəm. "Turan" komandasını da qələbə münasibəti ilə təbrik edirəm".