AAF prezidenti Astrid Hasani ilə görüşdü
- 18:00
- 32
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Azərbaycanda işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.
Bu barədə Rekord.az-a AAF-nin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanda nəinki ağırlıqqaldırmanın, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb.
Bununla yanaşı, AAF-nin beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşdığı qeyd olunub. Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığmaların vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirdikləri diqqətə çatdırılıb.
Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.