"LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib.


Rekord.az xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında baş tutub.


Görüş "LANDAU Lions"un 102:68 hesablı qələbəsi ilə başa çatıb.


Sözügedən məkanda bu gün daha bir matç baş tutacaq. Saat 18:00-da "Neftçi" "Ordu"nu sınağa çəkəcək.


Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.