Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yükəlib.


Rekord.az xəbər verir ki, o, 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammonu məğlub edib.


+100 kq çəki dərəcəsindəki digər təmsilçimiz Uşanqi Kokauri də 1/4 finala vəsiqə qazanıb. O, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib.


Beləliklə, Nəsibov növbəti mərhələdə Azərbaycanın digər təmsilçisi Kokauri ilə üz-üzə gələcək.


Camal Qamzatxanov (+100 kq) da Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib. O, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək.


Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.