“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.


Rekord.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


“Erkən qollar buraxdıq. Nəticənin belə olması çox üzücüdür. Qapımızda erkən qollar gördükdən sonra komandanın toparlanması çətin oldu.  Hesab 0:2 olduqdan sonra geridönüş edib qollardan birinin əvəzini çıxdıq. Lakin hesabı bərabərləşdirmək əvəzinə, 3-cü qolu da buraxdıq. Mən əvvəlki oyunlara da baxmışam, onda da çox asan qollar buraxırdıq. Amma bura gəlmişik ki, komandanı düzəldək və harda səhvlərimiz varsa, onları aradan qaldıraq”.