Qamzatxanov və Kokauri yarımfinalda!
- 14:40
- 44
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının yarımfinalına adlayıb.
Rekord.az xəbər verir ki, o, 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovu üstələyib.
Kokauri yarımfinalda finlandiyalı Martti Puumalaynenlə üz-üzə gələcək. K.Nəsibov isə təsəliverici görüşdə Valeri Yendovitski (Rusiya) ilə görüşəcək.
Azərbaycanın digər cüdoçusu Camal Qamzatxanov da (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib. O, 1/4 finalda Yur Spiykersi (Niderland) məğlub edib. Qamzatxanov yarımfinalda rusiyalı İnal Tasoyevlə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.