Azərbaycanın 5 boksçusu AÇ-nin finalında
- 12:20
- 35
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, yarımfinal mərhələsinin döyüşləri nəticəsində təmsilçilərimiz həlledici qarşılaşmalarda iştirak hüququ əldə ediblər.
Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, çempionluq döyüşündə Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.
Səma Abbasova (66 kq) Justina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.
Həsrət Məmmədov (46 kq) Ronan Çarlzdan (İrlandiya) üstün olub – 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29). Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.
İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü aktivinə yazaraq 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Təmsilçimizin həlledici qarşılaşmada rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.
Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) qalib gəlib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). O, qızıl medal uğrunda görüşdə Con Elamla (İngiltərə) üz-üzə gələcək.
Daha 3 boksçumuz – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.
Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də keçiriləcək.