Azərbaycan Basketbol Liqasının 2-ci turunda bu gün daha iki görüş keçiriləcək.


Rekord.az xəbər verir ki, saat 15:00-da "LANDAU Lions" NTD ilə üz-üzə gələcək.


Digər matçda, saat 18:00-da isə "Neftçi" "Ordu"nu sınağa çəkəcək.


Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.


Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.