Misli Premyer Liqasının VII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.


Rekord.az xəbər verir ki, "Zirə" evdə "Şamaxı" ilə üz-üzə gələcək.


"Zirə" hazırda turnir cədvəlində 10 xalla 5-ci pillədə yer alıb. 9 xala malik "Şamaxı" isə 7-cidir.


Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. "Qəbələ" 4 xalla turnir cədvəlində 9-cu yerdədir. 11-ci pillədə qərarlaşan Sumqayıt komandasının isə 2 xalı var.


Misli Premyer Liqası


I dövrə, VII tur


10 oktyabr


17:00. "Zirə" – "Şamaxı"


Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.


VAR: Əkbər Əhmədov.


AVAR: Kamran Bayramov.


Hakim-inspektor: Ceyhun Haşımov.


AFFA nümayəndəsi: Eldar Məmmədov.


Zirə İdman Kompleksinin stadionu


19:30. "Sumqayıt" – "Qəbələ"


Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.


VAR: Əliyar Ağayev.


AVAR: Zeynal Zeynalov.


Hakim-inspektor: Ramil Diniyev.


AFFA nümayəndəsi: Anar Şixəliyev.


"SOCAR Polymer Arena"


Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.