Əvəzedicilər Liqasında 5-ci tura start verilib.


Rekord.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.


“İmişli-2” – “Neftçi-2” matçında qalib müəyyənləşməyib. “Kəpəz-2” “Qəbələ-2” ilə ev oyununda darmadağına üzülüb. “Araz-Naxçıvan-2” isə “Turan Tovuz-2” üzərində darmadağına sevinib.


Əvəzedicilər Liqası

5-ci tur

10 oktyabr


“İmişli-2” – “Neftçi-2” 2:2

Qollar: Xuan Hernandes, 15. Xəlil Mürsəlli, 38 - Vüsal Kərimov, 65. Aslan Şirinov, 67.


“Kəpəz-2” – “Qəbələ-2” 1:6

Qollar: Turqut Mustafazadə, 84 - Qədir Ramazanov, 28. Rəvan Əsədov, 38-pen; 74; 77. Xəyyam Məmmədli, 52-pen. Hüseyn Xasməmmədli, 81.


“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 3:0

Qollar: Nihat Mehralıyev, 8. İsmayıl İsmayılov, 33. Ceyhun Ağazadə, 83.