Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.


"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.


Ötən gün Mingəçevir klubu ilk qarşılaşmada inamlı qələbə qazanıb - 40:18.