Kokauri DÇ-nin 1/8 finalında
- 13:00
- 36
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
Rekord.az xəbər verir ki, o, 1/16 finalda Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.