Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda yeni mövsümə qələbə ilə start verib.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.


"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma Mingəçevir kollektivinin qələbəsi ilə yekunlaşıb - 40:18.


Xatırladaq ki, tərəflər arasında cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.