
"DH Volley" italiyalı oyunçu ilə razılığa gəldi
- 14:06
- 110
Qadın voleybolçulardan ibarət "DH Volley" klubu daha bir oyunçunun keçidini rəsmiləşdirib. "Rekord.az" xəbər verir ki, yeni yaranan Bakı klubu bu dəfə italiyalı blokçu Ylenia Luna De Mango ilə razılığa gəlib.
22 yaşlı voleybolçunun boyu 1.85 m-dir. Y.L.Mango ən azı bir il "DH Volley"in şərəfini qoruyacaq. O, bundan əvvəl İtaliyanın "ASD Sportilia Volley Bisceglie" və "Vega Fusion Volley Venezia", ABŞ-in "Auburn Montgomery University" və "Towson University" klublarında çıxış edib.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında ilk dəfə çıxış edəcək "DH Volley" bundan əvvəl yerli voleybolçularımız Yekaterina Jidkova, Aynur İmanova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyevanı öz heyətinə qatıb. Komandanın baş məşqçisi isə Fərid Cəlalovdur.
Yazar haqqında
