Qadın voleybolçular arasında Çempionlar Liqası başa çatıb. "Rekord.az" xəbər verir ki, turnirin son qalibi İtaliyanın "Conegliano" klubu bu il də titilunu qoruyub. 

İstanbulda təşkil olunmuş "Dördlər finalı"nda Türkiyədən bir, İtaliyadan isə üç komanda mübarizə aparıb. Yarışın finalında iki İtaliya kollektivi "Conegliano" və "Scandicci" üz-üzə gəliblər. Çempionluğa əsas favorit hesab olunan "Conegliano" -- hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. Finalda məğlub olan "Scandicci" gümüş medal qazanıb. Üçüncü yeri isə Türkiyənin "Vakifbank" klubunu məğlub edən "Vero Milano" tutub. 

Beləliklə, Çempionlar Liqasında 2024/2025 illər mövsümündə bütün mükafatları İtaliya təmsilçiləri qazanıblar.