Bürünc medalın sahibi bəlli oldu
- 14:45
- 36
Qadın voleybolçular arasında Azərbaycan çempionatının bürünc mükafatçısının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" və "Gəncə" komandaları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində baş tutan görüş "Gəncə"nin üstünlüyü ilə keçib. 3 set davam edən matçda Gəncə təmsilçisi qalib gələrək bürünc medala sahib çıxıb. "Milli Aviasiya Akademiyası" isə çempionatı dördüncü pillədə başa vurub.
Yüksək Liqa
19 aprel
Üçüncü yer uğrunda oyun
"Milli Aviasiya Akademiyası" - "Gəncə" 0:3 (18:25, 21:25, 21:25)