
“Böyük qələbələrimiz hələ irəlidədir” - Əmrullayev
- 14:00
- 38
“18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq, ölkə qadın basketbolu tarixində ilkə imza atıb”.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi “feysbuk” hesabında yazıb.
ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib:
“Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar”.
Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina yığmasını 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.