
“Bakı” “Oxrid”ə qarşı hər iki oyunu səfərdə keçirəcək
- 15:20
- 42
"Bakı"nın kişi həndbolçulardan ibarət komandası Avropa Kubokunun 2-ci təsnifat mərhələsində "Oxrid"lə (Şimali Makedoniya) hər iki oyunu səfərdə keçirəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmtindən məlumat verilib.
Oktyabrın 11-də gerçəkləşəcək ilk matçda "Bakı", ertəsi gün isə "Oxrid" meydan sahibi olacaq. "Bilyanini İzvori" İdman Kompleksində keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-a təyin olunub.