
Bağırovdan AÇ-də bürünc medal
- 08 Sen 2025 18:00
- 43
Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında "Savate Assault" üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.
Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.