
Azərbaycanlı referilərin beynəlxalq hakimliyə namizədliyi qeydə alındı
- 15:15
- 37
Azərbaycanın həndbol referiləri Ləman və Aydan Həmidova bacılarının Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb.
Bu barədə Rekord.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Perspektivli hakimlər təcrübələrini daha da artırmaq məqsədilə Avropada bir neçə seminar və proqrama qatılıblar.