Azərbaycanın parateakvondoçuları Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.


Rekord.az xəbər verir ki, iyulun 10-dək baş tutacaq hazırlıq prosesi Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən təşkil olunur.


Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu xüsusi dəvət ilə qatılıb.