
Azərbaycanın kayak və kanoeçiləri DÇ-də iştirak edəcəklər
- 23 İyl 2025 16:32
- 48
Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüblər.
Rekord.az xəbər verir ki, Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında keçiriləcək mundialda ölkəmizi 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.
Kanoedə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak üzrə isə Amil Ramazanov və Əlimurad Hacızadə fəxri kürsüyə qalxmağa çalışacaqlar.
Qeyd edək ki, bu gün start götürəcək yarış iyulun 27-dək davam edəcək.