Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarları bəlli oldu
- 13:40
- 29
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.
Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.