Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon Açıq Çelenc turnirində 4 parataekvondoçu təmsil edəcək.


Rekord.az xəbər verir ki, ölkəmiz turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) təmsil olunacaq.


Turnir 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına iştirak üçün idmançılara reytinq xalları qazandırır.


İyulun 11-də start veriləcək yarışda komanda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcək.