Azərbaycanda ilk dəfə bilyardın "Snuker" növü üzrə çempionat keçiriləcək


Azərbaycanda ilk dəfə bilyardın "Snuker" növü üzrə respublika çempionatı keçiriləcək. 


Bu barədə Rekord.az-a Bilyard Federasiyasının mətbuat xidmətindən bildirilib.


Turnir beynəlxalq standartlara cavab verəcək formatda təşkil olunacaq. 


Yarış sentyabrın 6-dan 8-nə qədər təşkil olunacaq.