
Azərbaycan yığmasının DÇ-də rəqibləri bəlli oldu
- 08 Sen 2025 20:15
- 41
Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib.
Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub. Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub.
Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.