Azərbaycan üzgüçüsü İslamiadada bürünc medal qazandı
- 21:20
- 33
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə fərqlənib.
O, bu məsafəni üçüncü sırada başa vurub.