Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.


Azərbaycan Karate Federasiyasından Rekord.az-a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.


Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev bürünc medalla kifayətlənib.


Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.