Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Dünən millinin digər üzvü Hüseyn Məmmədli gümüş medal qazanmışdı.


Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət daşıyır.