Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin Çongqing şəhərində keçirilən "Cup of China" Qran-prisində iştirak edib.


Bu barədə Rekord.az-a Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən bildirilib.


Litvintsev qısa və sərbəst proqram üzrə yarışlarda 12 idmançı arasında 6-cı yerə sahib olub. O, 222.64 xal toplayıb.