
Azərbaycan idmançılarının sentyabr ayına olan reytinq cədvəli açıqlandı
- 13:15
- 31
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 1 sentyabr 2025-ci il tarixinə olan reytinq cədvəlini təqdim edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.
Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), bədii gimnasitka üzrə qrup hərəkətləri komandası (185), güllə atıcısı Ruslan Lunyov (170), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli, sərbəst güləşçi Giorgi Meşvildişvili (hamısı 150 xal) yer alıblar.
Cüdo üzrə olimpiya çempionu, növbəti dəfə "10-luq"dan kənarda qalan Hidayət Heydərov ilin əvvəlində açıqlanmış reytinqdə ikinci idi.