Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.


Bu barədə Rekord.az-a federasiyadan bildirilib.


"Azəryol" həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.


Əliyev daha əvvəl kişilərdən ibarət "İdman Akademiyası" ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.