İyulun 5-7-də Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.


Rekord.az bu barədə Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir.


Turnirdə milli komandanın üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər.


Batut gimnastikası üzrə fərdi proqramda:


Selcan Mahsudova - 54.720 xal, I yer

Məhəmməd Həsənli - 47.410 xal, I yer

Aylin Ağazadə - 45.270 xal, III yer


İkili-mini batut proqramı üzrə:


Fərhad Mustafayev - 22.000 xal, II yer


Tamblinq üzrə:

Sənan Rzazadə - 85.600 xal, I yer

Hüseyn Əsədullayev - 23.500 xal, II yer