Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026 mövsümünə start verilib.


Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində "Bakı" "Azəryol"u (21:40), "Dinamo" "Təhsil"i (33:30), I turun mərkəzi matçında isə "Qarabağ" "Kür" kollektivini (22:20) məğlub edib.


Sonuncu qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, əvvəlki iki görüş isə Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində baş tutub.


Qadınların mübarizəsində "İdman Akademiyası" "Bakı"ya (44:13), "Azəryol" "Təhsil"ə (57:16) "Kür" isə "Qarabağ"a (49:25) qalib gəlib.


Hər üç oyun Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunub.